Bu gün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 80 yaşı tamam olur.
Uzun illərdir ki, AŞF-nın vitse-prezidenti olan Faiq Həsənovun ölkə şahmatının inkişafında böyük rolu olub. Bundan əlavə o, 40 ildən artıqdır ki, AzTv kanalında yayımlanan "Şahmat Klubu" verilişinin aparıcısıdır. Qeyd edək ki, Faiq Həsənov 2016-cı ildə Azərbaycanda kerçirilmiş "Dünya Şahmat Olimpiadasının" və indiyədək keçirilən bütün "Shamkir Chess" şahmat superturnirlərinin baş hakimi olmuşdur.
Təbrik edirik!