SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Zeynəb Məmmədyarova da Onlayn Seans verəcək!

Rauf Məmmədov və Eltac Səfərlinin Onlayn Seanslarından sonra da bir qrossmeysterimiz  "Xüsusi Karantin" günlərində şahmatsevərlərə  hədiyyə bəhş etmək qərarına gəlib. Şahmat üzrə qadınlardan ibrarət Azərbaycan yığma komandasının ulduz üzvü Zeynəb Məmmədyarova da Onlayn Seans verəcək.
Beləliklə, xanım şahmatçının şəxsi təşəbbüsü və Chess.az saytının təşkilatı dəstəyi ilə, aprelin 23-də saat 15:00-da Lichess.org şahmat platforması üzərindən növbəti Onlayn Seansın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, seansda qeydiyyatdan keçmiş ilk 20 şahmatçı iştirak edəcək. 
Seansda iştirak etmək üçün :
1.Lichess.org saytından qeydiyyatdan keçin.
2.Adınızı, soyadınızı və Lichess-də olan profilinizin nikini Chess.az-ın Feysbuk səhifəsinin inboxuna göndərin.
3.Mesaj vasitəsilə təsdiq almış ilk 20 şahmatçı 23 aprel tarixində saat 14:45-də onlara göndərilmiş link vasitəsilə seansa qoşula biləcəklər. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss