SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bu gün İlk Azərbaycan Çempionatı keçiriləcək ! (CANLI YAYIM)

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi şahmatsevərlər üçün Xüsusi Karantin Rejimi günlərində möhtəşəm onlayn layihə hazırlayıblar. 

Chess.az xəbər verir ki, bu gün 
Chess24.com şahmat platforması üzərindən şahmatın Bullet növü (sürətli şahmat) üzrə ilk Azərbaycan Çempionatı keçiriləcək.  Turnirin heyətinə nəzər saldıqda yarışın çox maraqlı keçəcəyi aydın görünür. Belə ki, ölkə birinciliyində iştirak etmək üçün qeydiyatdan keçmiş 107 şahmatçıdan 16-sı qrossmeyster, 6 qadınlar arasında qrossmeyster və 20 Beynəlxalq usta olacaq. Oyunlarda vaxt kontrolu 1 dəqiqə+hər gedişə 1 saniyə olacaq. 
Qeyd edək ki, bu yarış ölkədə Koronavirus pandemiyası üzündən elan olunan xüsusi karantin rejimi vaxtı ilk rəsmi idman yarışı olacaq. Yarışın mükafat fondu 15 000 manat təşkil edəcək.


İŞTİRAKÇILARскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss