SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Eltac Səfərli İlk Azərbaycan Çempionu oldu!

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə baş tutan şahmatın Bullet növü üzrə 1-ci Azərbaycan Çempionatı başa çatdı.
Ilk öncə böyük təəsüf hissi ilə onu qeyd edək ki, geniş şahmat ictimaiyyəti 92 şahmatçının maraqlı mübarizəsini nə Chess24 saytından nə də ki İdman TV-dən izləyə bilmədi.
Bullet üzrə İlk Onlayn Azərbaycan Çempionatının qalibi isə Avropa çempionu, yığma komandamızın üzvü Eltac Səfərli olub. Eltac keçirdiyi 17 oyundan 14 xal toplamaqla Bullet üzrə Azərbaycan çempionu oldu.  Hərəyə 13.5 xal toplayan milli komandanın üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edirdi. Çempionatda qazanılan qələbə Eltac Səfərliyə həmçinin yarışın əsas mükafatı olan 3 000 manat məbləğində mükafatı da qazandırıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss