SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sergey Karyakin: "Məncə Teymur turnirə çox yaxşı hazırlaşmışdır"

Qrossmeysterimiz Teymur Rəcəbovun yaxın dostu olan rusiyalı şahmatçı Sergey Karyakin, Rusiya mətbuatına verdiyi müsahibəsində Rəcəbovun "İddiaçılar Turnirinə" hazırlıq prossesinin bəzi maraqlı detallarını açqılayıb.

Sergey Karyakin: "Biz iki təlim məşq toplanışını keçirtdik. Yanvar və fevral aylarında. Ümumi günləri hesablasaq bu bir aya yaxın vaxtı əhatə edib. Moskva ətrafı Barvixa qəsəbəsində oteldə qalırdıq. Məncə Teymur turnirə çox yaxşı hazırlaşmışdır"
Rəcəbovun turnirə hazırlaşmaq üçün nə qədər vəsait xərclədiyini sualına isə Karyakin belə cavab verdi:"Xərclər? Dəqiq deyə bilmərəm amma özünüz fikirləşin: 30 gün otel, mən, Vladimir Çuçelov və Lenyer Dominqesin qonorarları, bundan əlavə yol və yemək xərcləri... Bu rəqəm dəqiq 100 000 dollardan çox edir".
Teymur Rəcəbovun FİDE-nin prezidenti Arkadiy Dvorkoviçı ünvanladığı məlum məktubdan sonra qurumun rəhbəri Karyakina zəng edib. Karyakin Dvorkoviçlə telefon danışığını belə şərh edib :"Zəng edib soruşdu ki, hər şey o qədər ciddidir? Mən isə cavabımda bildirdim ki, hər şeyi başa düşürəm, amma məncə Teymurun özü ilə əlaqə saxlasanız yaxşıdır. Biz yaxınıq, mən onun dostuyam ancaq meneceri deyiləm" 
Karyakin "İddiaçılar turnirinin" digər təmsilçilərini də tənqid etməyə unutmadı :"Kolleqalarımızdan Teymura dəstək gəlmədiyini məni təcübləndirmədi, amma çox üzdü. Hər zaman istəyirsən ki, şahmatçılar bir olsun. 2-3 nəfər də Teymuru dəstəkləsıydi təşkilatçılar mütləq onları dinləmək zorunda qalacaqdılar".  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss