SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Namiq Quliyev də "Onlayn Seans" verəcək.

Rauf Məmmədov, Eltac Səfərli və Zeynəb Məmmədyarovadan sonra daha bir qrossmeysterimiz  "Xüsusi Karantin" günlərində şahmatsevərlərə "Onlayn Seans" verməyə qərarına gəlib.

Fransada yaşayan milli komandamızın keçmiş üzvü, hazırda isə Fransanın Şartr şəhərində "C'Chartres Eches"  şahmat klubunun yönəticilərindən biri olan və ən əsası, dünya şöhrətli vunderkind Əlirza Firuzcanın məşqçisi olan Namiq Quliyevin şəxsi təşəbbüsü və Chess.az saytının təşkilatı dəstəyi ilə, aprelin 25-də saat 15:00-da Lichess.org şahmat platforması üzərindən növbəti Onlayn Seans baş tutacaq.
Qeyd edək ki, seansda qeydiyyatdan keçmiş ilk 25 şahmatçı iştirak edəcək.
 
Seansda iştirak etmək üçün :
1.Lichess.org saytından qeydiyyatdan keçin.
2.Adınızı, soyadınızı və Lichess-də olan profilinizin nikini Chess.az-ın Feysbuk səhifəsinin inboxuna göndərin.
3.Mesaj vasitəsilə təsdiq almış ilk 25 şahmatçı 25 aprel tarixində saat 14:45-də onlara göndərilmiş link vasitəsilə seansa qoşula biləcəklər. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss