SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Təhsil"R.İ.M.-nin təşkil etdiyi "Qran Pri" davam edir (CANLI YAYIM)

“Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi 17 yaşadək şahmatçılar arasında sürətli şahmat üzrə onlayn "Qran-pri" turniri davam edir. 
 



Aprelin 26-da başa çatacaq turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, sürətli şahmat üzrə qalibləri müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış tərcübələrinin artırılması məqsədilə keçirilir. Turnir www.chess.com internet portalı üzərindən keçirilir.     

"Qran-pri"-də 17 yaşadək məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının şahmatçıları iştirak edirlər. 
 "Qran-pri" yarışları 7 mərhələdən ibarətdir. İlk altı mərhələ seçmə xarakterini daşıyır. Bu turnirlərdə ilk 15 yeri tutan şahmatçılar, yeddinci. final mərhələsinə vəsiqə qazanacaqlar.

 Seçmə mərhələlərdə yarışlar isveçrə sistemi ilə keçirilir və hər mərhələ 11 turdan ibarətdir. Seçmə mərhələlərin hər birində yığma komandalarımızın üzvlərindən biri fəxri qonaq kimi iştirak edir (müsabiqədən kənar) və həmin mərhələ o şahmatçının adı ilə adlanır.
Qran-prinin sonuncu – Final mərhələsi seçmə mərhələlərdən seçilmiş 15 şahmatçı, üstəgəl təşkilatçı tərəfindən birbaşa finala vəsiqə verilən Aydın Süleymanlı (son zamanlar göstərdiyi yüksək performans səbəbindən birbaşa finala dəvət olunub) arasında keçiriləcək. Final mərhələsində şahmatçılar oyunlarını kamera qarşısında keçirəcəklər. Oyun zamanı kameranı və mikrofonu bağlamaq qəti qadağandır. 16 şahmatçı olimpiya sistemi (uduzan çıxır) üzrə mübarizə aparacaq. Aydın Süleymanlı final mərhələsinə 1-ci nömrə kimi başlayacaq, digər iştirakçıların sıralaması onların qran-pri balları əsasında müəyyən olunacaqdır. 1/8, 1/4, 1/2 final mərhələsinin matçları 3 dəqiqəlik 2 oyundan ibarət olacaq. Matçda bərabərlik qeydə alınarsa əlavə 2 oyun (1 dəqiqəlik oyun) keçiriləcək. Burada da heç-heçə olarsa matç tərəflərdən biri qələbə qazananadək davam etdiriləcəkdir.
3-cü yer uğrunda görüş və final matçı isə 4 oyundan ibarət olmaqla keçiriləcək. Bərabərlik qeydə alınarsa əlavə 2 oyun (1 dəqiqəlik) oynanılacaq. Əgər burada da bərabərlik pozulmazsa tərəflərdən biri ilk qələbə qazananadək matç davam etdiriləcəkdir. Rəngi müəyyənləşdirmək üçün moderator tərəfindən püşk seçimi təklif olunacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 1 000 manat təşkil edir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss