SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yeni yarış: FİDE "Millətlər Kuboku" keçirəcək!

Beynəlxalq Şahmat Federasiyası (FİDE) və Chess.com şahmat platforması İlk onlayn "Millətlər Kuboku" keçiriləcəyi ilə bağlı açıqlama yayıb.

Chess.az xəbər verir ki, mayın 5-dən 10-dək davam edəcək yarışda 6 komanda mübarizə aparacaq. Bunlar Rusiya, ABŞ, Çin, Hindistan, Avropa yığması və qalan dünya yığması. Bu yarışda bir çox şahmat ulduzlarının qatılacağı artıq məlumdur. Belə ki, eks-dünya çempionu Vişvanatan Anand Hindistan yığmasının 1-ci taxtasında çıxış edəcək, daha bir eks-dünya çempionu Harri Kasparov Avropa yığmasının kapitanı olacaq. Gənc vunderkind iranlı Əlirza Firuzca isə Dünya yığmasının heyyətində çıxış edəcək.  Komandaların yekun heyyətləri bu gün açıqlanacaq. Turnir FİDE və Chess.com-un rəsmi Twitch, YouTube, Mixer, Twitter və digər sosial şəbəkələrdən canlı yayımlanacaq. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss