SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Anand:"Ailəm üçün çox darıxmışam" (Anand iki aydır ki, evinə gedib çıxa bilmir)

Dünən Almaniya mətbuatı eks-dünya çempionu Vişvanatan Anandı taparaq, haqqında olduqca maraqlı məqalə dərc edib.

 Sən demə hindistanlı şahmat ustası dünyada yayılan Koronavirus pandemiyası üzündən fevral ayından Almaniyada qalıb və evinə gayıda bilmirmiş. Fevral ayında Almaniyaya Bundesliqasında çıxış edən klubu "SC Baden"-də oynamaq üçün gələn Anand, orada elan olunan karantin üzündən evinə qayıdmağa yubandı və Almaniyada qalası oldu. Anand Almaniyada keçirdiyi 2 ay haqqında alman həmkarlarımıza bunları dedi :"Deyərdim ki, burada çox rahatam. Kiçik bir şəhərdə məskünlaşmışam. Gəzmək üçün də 1-2 dəfə çıxmışam. Təbii ki, məsafə saxlamaq şərtilə. Ayrıca arada alış-veriş üçün də çıxıram, yaxınlıqda yaşayan dostlarım var onlar da mənə kömək edir." Dahi şahmatçı pandemiya dövründə şahmatın elə də böyük ziyan görmədiyini də əlavə etdi :"Bu dövr ərzində digər idman növlərinə nisbətən şahmat daha rahat və əlçatan oldu. Hamının evdə oturub yaxşı hazırlaşmaq üçün vaxtı oldu, bundan əlavə istənilən səviyyədə mütəmadi olaraq onlayn yarışlar keçirilir. Özümə gəlincə, çoxdandır ki, həll etmək üçün vaxt edə bilmədiyim bəzi məsələləri həll etdim, köhnə dostlarımla onlayn da olsa söhbət etmək imkanım oldu." 
"Almaniyada ölüm dərəcəsinin çox aşağı olmasından buradakı insanlar kifayət qədər rahat görünürlər. Yani burada rahatam. Yalnız bir problemim var o da evimdən uzaq düşməyimdi. Ailəm üçün çox darıxmışam. İnternetlə  ailəmlə daim əlaqə saxlayıram. Telefon və video zəngləri ilə oğlum Axillə tez-tez söhbət edirik" 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss