SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Millətlər Kuboku": Rəcəbovla Dvorkoviç eyni komandada!

Mayın 5-də Beynəlxalq Şahmat Federasiyası (FİDE) və Chess.com şahmat platformasının təşkil etdiyi İlk onlayn "Millətlər Kuboku" start götürəcək. Artıq turnirdə iştirak edəcək yığmaların heyyətləri də məlumdur.

Chess.az xəbər verir ki, yarışda ölkəmizi bir şahmatçı təmsil edəcək. Sonuncu Dünya Kubokunun qalibi Teymur Rəcəbov FİDE-nin prezidenti Arkadiya Dvorkoviçin kapitan olduğu Dünya Yığmasının heyyətində çıxış edəcək. Teymur öz komandasında 1-ci taxta oyunçusu olacaq. Teymurun komanda yoldaşları isə Əlirza Firuzca, Amin Bassem, Mariya Muzıçyuk, Corc Kori və Dianara Sadaukassova olacaqlar.

Xatırladaq ki, onlayn turnir mayın 5-dən 10-dək davam edəcək və 6 komanda mübarizə aparacaq. Bunlar Rusiya, ABŞ, Çin, Hindistan, Avropa və Dünya yığmaları olacaq. Turnir FİDE və Chess.com-un rəsmi Twitch, YouTube, Mixer, Twitter və digər sosial şəbəkələrdən canlı yayımlanacaq. 

KOMANDALARIN HEYYƏTLƏRİ:

1.ÇİN:
1.DİNQ LİREN     
2.VANQ XAO       
3.VEY Yİ
4.XU YİFAN
-----------------
5.YU YANYİ
6.YU VENYUN
CPT: YE YİNQÇUAN


2.AVROPA YIĞMASI:
1.MAKSİM VAŞYE-LAQRAF
2.LEVON ARONYAN      
3.ANİŞ GİRİ
4.ANNA MUZIÇYUK
-----------------
5.NANA DZAQNİDZE
6.YAN-KŞIŞTOF DUDA
CPT: HARRİ KASPAROV


3.RUSİYA:
1.YAN NEPOMNYAŞİY
2.VLADİSLAV ARTEMYEV      
3.SERGEY KARYAKİN
4.ALEKSANDRA QORYAÇKİNA
-----------------
5.DMİTRİY ANDREYKİN
6.OLQA QİRYA
CPT: ALEKSANDR MOTILYOV


4.ABŞ:
1.FABİANO KARUANA
2.HİKARU NAKAMURA     
3.VESLİ SO
4.İNNA KRAŞ
-----------------
5.LEYNER DOMİNQES PEREZ
6.ANNA ZATONSKİX
CPT: CON DONALDSON


5.HİNDİSTAN:
1.VİŞVANATAN ANAND
2.VİDİT SANTOS     
3.PENTALA HARİKRİŞNA
4.HUMPU KONERU
-----------------
5.ADHİBAN BASKARAN
6.HARİKA DRONAVALİ
CPT: VLADİMİR KRAMNİK


6.DÜNYA YIĞMASI:
1.TEYMUR RƏCƏBOV
2.ƏLİRZA FİRUZCA     
3.AMİN BASSEM
4.MARİYA MUZIÇYUK
-----------------
5.CORC CORİ
6.DİNARA SADUAKASSOVA
CPT: ARKADİY DVORKOVİÇ




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss