SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov mayın 15-də Maqnus Karlsenlə qarşılaşacaq!

Dünyada davam edən COVİD-19 pandemiyası zamanı ən az əziyət çəkən şahmat idman növündə onlayn yarışlar davam edir.
Qeyd edək ki, pandemiya dövründə dünyanın ən güclü şahmatçılarının iştirakı ilə 10-dan çox onlayn superturnir keçirilmişdir. Bu dövr ərzində onlayn şahmata elə də böyük həvəs göstərməyən Azərbaycan şahmat tarixinin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov nəhayət ki, o turnirlərdən birində iştirak edəcək. Söhbət mayın 15-dən 17-dək  FİDE-nin təşkilatçılığı ilə keçiriləcək Onlayn Steynits Memorealından gedir. İki gün ərzində davam edəcək Blitz (3+2) yarışda 10 şahmatçı dairəvi sitem üzrə mübarizə aparacaqlar. Məmmədyarovla yanaşı yarışda pandemiya dövründə onlayn turnirlərin ən aktiv iştirakçısı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Aleklsandr Qrişyuk, Petr SvidlerDaniil Dubov, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, çinli Ksiyandji Bu, ispaniyalı David Quiyarro və vyetnamlı Le Quanq Liem iştirak edəcəklər. Turnirin ümumi mükafat fondu 30 000 avro təşkil edəcək. "Steynits Memorealı" Chess24.com şahmat platforması üzərində oynanılacaq və canlı yayımlanacaq. 

 
CANLIскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss