SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov Steynitsin xatirəsini yüksək səviyədə yad etdi!

CANLI
İlk dünya çempionu olmuş Vilqem Steynitsin xatirəsinə həsr olunmuş onlayn şahmat superturniri başa çatdı.
Xatırladaq ki, pandemiya dövründə dünyanın ən güclü şahmatçılarının iştirakı ilə 10-dan çox onlayn superturnir keçirilmişdir. Bu dövr ərzində onlayn şahmata elə də böyük həvəs göstərməyən Azərbaycanın ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarov nəhayət ki, bu turnirlərin birinə qatıldı. Özü də onun iştirakı elə də pis alınmadı.Mayın 15-də FİDE-nin təşkilatçılığı ilə start götürən  Onlayn Steynits Memorealında iştirak edən Məmmədyarov, yarışı 9 xalla dördüncü pillədə bitirdi. Yarışın qalibi isə 12 xalla Dünya çempionu Maqnus Karlsen oldu. Rusiyalı Daniil Dubov 10 xalla ikinci, onun həmyerlisi Petr Svidler isə 9.5 xalla üçüncü oldu.

Məmmədyarovla yanaşı yarışda dünya çempionu Maqnus Karlsen, rusiyalılar Aleklsandr QrişyukPetr Svidler və Daniil Dubov, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, çinli Ksiyandji Bu, spaniyalı David Quiyarro və vyetnamlı Le Quanq Liem iştirak edirdilər.Turnirin ümumi mükafat fondu 30 000 avro təşkil edirdi. "Steynits Memorealı"Chess24.com şahmat platforması üzərində canlı yayımlanırdı. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss