SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rauf Məmmədov Fransa çempionu oldu!

Ötən gün şahmatın Blitz növü üzrə Açıq Onlayn Fransa çempionatı keçirilib.

Chess.az xəbər verir ki, 700-dən artıq şahmatçının iştirak etdiyi turnirdə bir neçə Azərbaycan qrossmeysterləri də mübarizə aparıblar.
15 turdan ibarət olan ilkin mərhələdən sonra, üç şahmatçımız final mərhələyə yüksəliblər. Bunlar Eltac Səfərli, Qədir Hüseynov  Rauf Məmmədovdur. Püşk 1/8 finalda Raufla Qədiri qarşılaşdırdı. Rauf 1,5:0,5 hesabı ilə qələbə qazanaraq 1/4 final mərhələsinə adladı. Burda da püşk iki azərbaycanlı şahmatçını üz-üzə qoydu. Rauf Məmmədovun budəfəki rəqibi Eltac Səfərli oldu. Rauf bu dəfə də həmyerlisini 1,5:0,5 hesabı ilə məğlugb edərək yarımfinala yüksəldi. Yarımfinalda məşhur ukraynalı şahmatçı Vasili İvançuk üzərində 2:1 hesablı qələbə qazanan Məmmədov, finalda fransız Kristian Bauerlə görüşüb. Final matçı həmyerlimizin 3:1 hesablı qələbəsi ilə nəticələndi. Bu qələbə təmsilçimizə Fransa çempionu titulunu qazandırıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss