Onlayn şahmatın inkişaf etdiyi dövrdə olduqca maraqlı və qeyri adi partiyanın keçirilməsi planlaşdırılır.
Chess.az xəbər verir ki, iyunun 9-da rusiyalı qrossmeyster Sergey Karyakin, kosmonavt Anatoliy İvanişinlə canlı partiya oynayacaq. Bu partiyanın ən maraqlı məqamı isə ondan ibarətdir ki, Karyakin öz partiyasını Moskvada yerləşən "Kosmonavtika Muzeyindən" oynadığı halda, onun rəqibi olan İvanişin öz partiyasını açıq kosmosda olan "MKS" adlı kosmik stansiyadan oynamasıdır. Anatoliy İvanişin kosmonavt olsa da o şahmatın böyük həvəskarıdır. İvanişin aprelin 20-də "Baykonur" kosmodromundan üçüncü dəfədir ki, açıq kosmosa yola düşmüşdür.