SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rauf Məmmədov 20 000 avroluq turnirin qalibi oldu!

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun şəxsi təşəbbüsü, "Socar Georgia" şirkətinin, Azərbaycan Şahmat Federasiyası və Gürcüstan Şahmat Federasiyasının birgə təşkil etdiyi "Silk Way Cup" Onlayn Blitz turniri başa çatdı. 

Chess.az xəbər verir ki, Azərbaycanda qeyd olunan Respublika günü və Gürcüstanın müstəqillik günlərinə həsr olunan onlayn turnirdə məhz bu iki ölkənin ən güclü şahmatçıları mübarizə aparmışdır. "Silk Way Cup"-ın ümumi mükafat fondu isə 20 000 avro təşkil edirdi. Sevindirici haldır ki, 55 şahmatçının qatıldığı mübarizənin sonunda qalib Azərbaycan şahmatçısı oldu. Rauf Məmmədov 15 oyundan 11.5 xal toplayaraq turnirin qalibi oldu. Gürcü Baadur Jobava ikinci, daha bir həmyerlimiz olan Nicat Abbasov isə 3-cü pillənin sahibi oldular.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss