COVİD-19 pandemiyası zamanı başa çatan və keçirilməsi planlaşdırılan onlayn super turnirlərinin siyahısına daha biri əlavə olundu.
Chess.az xəbər verir ki, ABŞ şahmat federasiyasının təşkilatçılığı ilə iyunun 6-dan 14-dən ABŞ-Dünya yığması matçı keçiriləcək. Artıq qarşılaşmada iştirak edəcək şahmatçıların adları da məlumdur.
ABŞ: Fabiano Karuana, Vesli So, Leyner Dominqes, Hikaru Nakamura
Dünya: Maqnus Karlsen, Maksim Vaşye-Laqraf, Aleksandr Qrişyuk, Levon Aronyan