SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakıda ilk şahmat yarışı keçirildi!

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi 100 gündən sonra açıq havada keçirilən yarışlara start verdi.
Chess.az xəbər verir ki, bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ve “Idea” shahmat klubunun desteyi ilə açıq havada 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə turnir keçirilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına və TƏBİB-in tövsiyələrinə əsasən bütün yarış iştirakçılarının bədən hərarətləri xüsusu cihaz vasitəsilə ölçülmüş, hamıya tibbi maska, əlcəkdən istifadə etmək, sosial məsafənin gözlənilməsi tövsiyə olunmuşdur.
4 yaş qrupunda keçirilən yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olmuşdur. Nəticələrə əsasən 8 yaş qrupu arasında I yerə Aylin Nurəhmədli, II yerə Zəhra Səidzadə, III yerə Əsnad Baxışzadə, 10 yaş qrupu arasında Paşam Əlizadə, II yerə Ənvər Babazadə, III yerə Tofiq Mənsimov, 12 yaş qrupu arasında I yerə Müthəd Gülüşov, II yerə Ramazan Şərifov, III yerə Elxan Nemətzadə, 14 yaş qrupu arasında I yerə Təbriz Nurəhmədli, II yerə Nail Ağayev, III yerə Nihad Baxşiyev, qızlar arasında isə I yerə Dəniz Dövlətzadə, II yerə Ayşə Əliyeva, III yerə Selcan Nurəhmədli layiq görülmüşdür.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 3 saylı Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Cəmil Fətullayev, "İdeya Şahmat Klubunun" direktoru Fidan Talıbova  qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qeyd edək ki, uzun müddətdən sonar keçirilən ilk canlı yarış bütün idmançıların böyük sevincinə səbəb olmuşdur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss