SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İranı İsveçrəyə dəyişən şahmatçı:"Onlar Rio Olimpiadasında Azərbaycanı təmsil edirdirlər...."

Daha bir İranlı şahmatçının başqa ölkə bayrağı altında çıxış edəcəyi dəqiqləşdi.

Chess.az xəbər verir ki, söhbət 3 il əvvəl təhsil almaq üçün öz ölkəsini tərk edərək İsvçrəyə köçən Qazal Hakimifarddan gedir.  2011-ci ildən Beynəlxalq Usta, 2016-cı ildən isə qadınlar arasında qrossmeyster adını qazanan xanım şahmatçı FİDE-nin rəsmi saytında bu gündən sonra İsveçrə şahmatçısı kimi təqdim olunacaq. Hakimifard öz İnstaqram profilində gediş səbəbini isə belə şərh edib :"Mən Qazal Hakimifard, qadınlar arasında qrossmeysterəm, kompyüter mühəndisliyi üzrə bakalavr təhsilim də var. Mən artıq üç ildir ki, İsveçrədə yaşayıram və burada ETH Texniki universitetində maqistr pilləsində təhsil alıram. Təhsilimlə bərabər həmin universitetdə çalışıram da.  Təssüf ki, ölkəmin qanunları mənə xaricdə oxuya oxuya milli komandada və ölkə çempionatlarında çıxış etmək imkanını vermirdi. Mən professional şahmatçıyam amma təssüf ki, bu müddət ərzində yarışlarda iştirak edə bilmiridm. Qərara gəldim ki, şahmatçı karyeramı İsveçrə bayrağı altında davam etdirim. Amma bu o demək deyil ki, mən İran vətəndaşlığından imtina etmişəm. Mən İran vətəndaşıyam və qərarım yalnız idmanla bağlıdır, heç bir siyasi mənası yoxdur. Məsələn İran güləşçiləri Saman Təhmasebi, Sabah Şəriyəti və taekvondçu Milad Beydji vətəndaşlıqlarını dəyişmədən Rio Olimpiadasında Azərbaycanı təmsil edirdirlər, mənd də oxşar vəziyyətdir" 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss