SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Günün adamı: Günay Məmmədzadə!

Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmədzadə 21 iyun tarixində FİDE tərəfindən "Günün adamı" elan edilib. 

Chess.az xəbər verir ki, buna səbəb Günayın iştirak etdiyi "Women's Speed Chess Championship" onlayn şahmat turnirinin superfinalına yüksəlməsidir. Qeyd edək ki, Günayın iştirak etdiyi yarış "Women's Speed Chess Championship" əsas turnirinə sinə seçmə xarakterini daşıyırdı. Finaladək irəliləyən Məmmədzadə məhz həmin yarışın əsas hissəsinə vəsiqə qazandı.
Əsas yarışda Günay Məmmədzadə dünyanın ən güclü qadın şahmatçıları ilə mübarizə aparacaq. Şahmatçımızın superfinaldaki rəqibləri çinlilər Xu YifanYu Venyun, hindistanlı Humpu Koneru, rusiyalılar Aleksandra Kostenyuk və Yekaterina Laqno, ukraynalı Anna Muzıçyuk, ABŞ təmsilçisi İrin Kruş, qazaxıstanlı Jansaya Abdulmalik, iranlı Sarasadat Hademalşareyi  Günayla birlikdə seçmə turnirinin finalına yüksələn daha bir hindistanlı şahmatçı Harika Dronovali olacaqlar. Ümumi mükafat fondu 51 200 dollar olan superfinal dörd mərhələdən ibarət olacaq. Birinci mərhələ 24-28 iyun, ikinci mərhələ 1-5 iyul, üçüncü mərhələ 8-12 iyul, sonuncu mərhələ isə 15-19 iyul tarixlərində keçiriləcək. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss