SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbovdan uğursuz start

Ümumi mükafat fondu 1 000 000 dollar olan "Chessable Masters" onlayn şahmat superturniri start götürüb.

Chess.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunan yarışda ümumilikdə
 12 şahmatçı mübarizə aparır. Yarışda iştirak edən yeganə təmsilçimiz, Dünya kubokunun sonuncu qalibi  Teymur Rəcəbov təəsüf ki, turnirə uğursuz başladı. Püşkə əsasən yarışın "B" qrupunda yer alan Teymur, dünən keçirdiyi ilk beş oyununda heç birində qələbə qazana bilməyərək hələ ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Xatırladaq ki, Rəcəbovun qrupdakı rəqibləri fransız Maksim Vaşye-Laqraf, ABŞ təmsilçisi Fabiano Karuana, çinli Dinq Liren, rusiyalı Yan Nepomnyaşiy və Niderland təmsilçisi Aniş Giridir.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutan şahmatçılar Pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Turnir Chess24.com şahmat platforması üzərində keçirilir və canlı yayımlanır.  
  "A" QRUPU
  
"B" QRUPUскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss