SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ruslan Ponomaryov "İddiaçılar Turniri"-nin nəticələrinin ləğv edilməsini təklif etdi. Rəcəbova görə

2002-ci ildə Dünya Çempionu olmuş ukraynalı şahmatçı Ruslan Ponomaryov Rusiyanın Chess-news.ru portalına geniş müsahibə verib.

Ponomaryov öz müsahibəsində Teymur Rəcəbovsuz başlayan və birinci dövrədən sonra yarımçıq dayandırılan "İddiaçılar turniri"-nə də toxundu. O, Teymuru tam anlamadığını, digər tərəfdən isə hüquqlarının bərpasının vacibliyini bildirdi
:
"Sırf idman nöqteyi-nəzərdən Rəcəbovun oynamaması çox qəribədir. Digər tərəfdən, yadımdadır ki, Rəcəbov Dünya kubokundakı qələbəsindən sonra bildirmişdir ki, bilmirəm gedəcəm İddiaçılar turnirinə ya yox. Düşünürəm ki, o şəxsi həyatında özünü çox komfortlu hiss edir və ona görə də şahmatçı kimi qazanc əldə etmək onun üçün elə də vacib deyil. 
İstənilən halda mən anlayıram ki, fors-major vəziyyət alınmışdır və s. Amma bir şeyi anlaya bilmirəm. Bimirəm bu barədə kimsə danışıb ya yox. O vaxt Kampomanes məşhur Karpov-Kasparov matçının yarımçıq dayandırılması ilə bağlı qərar qəbul etmişdir. Sonradan matç yenidən davam etdi və ən maraqlısı odur ki, əvvəlki oyunlarda qeydə alınan nəticələr ləğv edilmişdir. Yani matç yenidən, 0:0 hesabından davam etdi. İndi də deyirlər ki, bəs turnirin yarısı artıq arxada qaldı. Olmaz ki, o matçla bağlı qəbul olunan analojı qərar qəbul olunsun və nəticələr sıfırlansın? İndiki vəziyyət heç bir məntiqə sığmır." 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss