SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maqnus bu il də Çempion qalacaq.(Final matçı təxirə salındı)

Bu ilin dekabr ayında Dubayda keçirilməsi planlaşdırılan Dünya Çempionu adı uğrunda final matçı təxirə salındı. 

Chess.az xəbər verir ki, təxirəsalma ilə bağlı FİDE tərəfindən hələ ki, rəsmi açıqlama olmasa da, bu xəbəri qurumun icraçı direktoru Emil Sutovskiy Chess24.com saytına verdiyi müsahibəsində bildirdi. FİDE rəsmisi həmçinin yarımçıq dayandırılan "İddiaçılar Turnirinin" taleyi ilə bağlı da bəzi məqamlar açıqlayıb
:"Biz "İddiaçılar Turnirini" sentyabr-oktyabr aylarında davam etməsini planlaşdırırıq. Turnirin dediyim tarixlərdə davam etməsi şansı haradasa 60%-dir. Ola bilsin ki, turnir Rusiyada yox, başqa bir ölkədə davam etsin. Bu Avropa ölkələrindən biri ola bilər. Yekun qərar iyul ayında veriləcək"
Dünya Çempionu adı uğrunda Final qarşılaşması haqqında isə, Sutovskiy bunları dedi:"Biz belə bir qərara qəldik ki, matçı bu il keçirmək mümkün olmayacaq. İndi biz iki tarix üzərində işləyirik, ya 2021-in yazı, ya da ki, 2021-in payızı" 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss