SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Pandemiyadan sonra daha çətin olacaq" (Federasiya rəsmisi)

Bu gün FİDE-nin prezidenti Arkadiy Dvorkoviçin iştirakilə "COVİD-19-dan sonrakı şahmat" mövzusunda onlayn-konfrans keçirilib. 
Chess.az xəbər verir ki, eks dünya çempionu Vladimir Kramnikin də iştirak etdiyi konfransda ən maraqlı fikirləri Rusiya Şahmat Federasiyasının icraçı direktoru Mark Qluxovskiy səsləndirdi. Qluxovskiyin sözlərinə görə, hal-hazırda populyar olan onlayn-şahmatın gənclərə çox böyük ziyanı olacaq və bunu nəticəsində neçə-neçə istedadın inkişafını ləngidəcək.
Mark Qluxovskiy :"Onlayn-şahmat-ümumiyyətlə başqa bir idman növüdür.Burada heç bir təsdiqlənmiş qayda yoxdur. Əsl şahmata gəlincə isə, bu idman növü hal hazırda dayanıb, yoxdur. Pandemiyadan sonra  daha çətin olacaq. Elitar şahmatçılar belə də böyük problem yaşamayacaq. Burada həm böyük maliyyə dayaqları var və iştirakçı sayı da o qədər çox olmur. Bəs aşağı səviyyəli şahmatçılar üçün turnirlər necə keçiriləcək? Belə yarışlarda adətən yüzlərlə şahmatçı iştirak edir. Yarışlar havalandırması pis olan arenalarda keçirilir. Əlavə dezinfeksiya tədbirlərini görmək üçün təşkilatçıların plu olmur. Bu yarışlar şahmatçıların elitaya yüksəlmək üçün çox vacibdir. Belə yarışları pandemiya və ondan sonraki  dövdə keçirmək mümkün deyil.
Ən pis isə odur ki, bəzi gənc şahmatçıların inkişafı ləngiyəcək və ya ümumiyyətlə dayancaq.Elitar şahmatçılara isə bir şey olan deyil"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss