SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.Dvorkoviç : "Sentyabr ayına qədər fəaliyyətimiz demək olar ki, ancaq onlayn olacaq" (MÜSAHİBƏ)

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç TASS informasiya agentliyinə geniş müsahibə verib. Müsahibəsində bir çox maraqlı məqama toxunan qurumun rəhbərinin müsahibəsini sizlərə təqdim edirik.

- Mövcud vəziyyətdən başlayaq: qadınların onlayn Qran Pri yarışının ilk mərhələsi başa çatdı. Bu barədə nə deyə bilərsiniz?


- Qadınların bu turniri dörd mərhələdən ibarətdir. 200-dən çox şahmatçının qatıldığı seçmə mərhələdən cəmi 12 şahmatçı şahmatçı finala vəsiqə qazandı. Onlara finala birbaşa vəsiqə verilmiş 9 şahmatçı qoşulub və beləliklə yarış 21 şahmatçının iştirakı ilə davam edir. Birinci mərhələ ukraynalı Anna Uşeninanın qələbəsi ilə nəticələndi. rusiyalılar Valentina Qunina və Aleksandra Kostenyuk ikinci və üçüncü yerlərin sahibi oldular.Amma unutmayaq ki, irəlidə hələ üç mərhələ var və əsas mübarizə hələ qabaqdadır.


- Qadın şahmatına maraq böyükdürmü?


- Maraq böyükdür və tamaşaçılar əvvəlkindən də çoxdur. Qran Prinin ilk mərhələsinin oyunlarını izləyən tamaşaçı sayı son Dünya çempionatının finalından daha çox oldu. Deyə bilərik ki, qadın şahmatının auditoriyası daimi artır.


- İddiaçılar Turnirinin davamını və Dünya Çempionatının final matçının keçirilməsi bu ilə planlaşdırılırdı, ancaq hər ikisi pandemiya səbəbiylə təxirə salındı. Bu qərar artıq dəqiqləşib?


- Sentyabr ayına qədər fəaliyyətimiz demək olar ki, ancaq onlayn olacaq. Qadınların Qran Pri yarışından sonra onlayn Şahmat Olimpiadasının keçirmək planlaşdırırıq. Bu ilki olimpiada Rusiyanın Xantı-Mansiysk və Moskva şəhərlərində keçirilməsi planlaşdırılırdı. Amma məlum səbəblərə görə yarışı gələn ilə keçirməli olduq. Əvəzində isə bu il onlayn olimpiada keçirmək qərarın qəldik. Artıq 2-3 gün sonra milli komandalar üçün qeydiyyat başlayacaq.. Turnirdə mümkün qədər çox komandanın iştirak etməsini istəyirik. 195 FİDE üzvü var. 195 komandanın hamısının iştirak edib-etməyəcəyini bilmirəm ..
Əlimizdən gələni edəcəyik ki, ölkələrin ən azından 70 faizi iştirak etsin. Olimpiada təxminən bir ay davam edəcəkdir. Bundan sonra artıq İddiaçılar Turnirinin ikinci hissəsini keçirməyə planlaşdırırıq. Yerə gəldikdə isə, əsas seçimimiz dəyişmədi - Yekaterinburq. Ancaq mövcud məhdudiyyətlər və epidemioloji vəziyyət bizi turnirin ikinci hissəsini başqa şəhərdə keçirməyimizə vadar edə bilər. Bu turniri bu il başa vurmağımız çox vacibdir.
Dünya çempionu adı uğrunda final matçı isə, demək olar ki, artıq təxirə salınıb. Biz mövcud vəziyyəti qeyri-rəsmi müzakirə etdik və düşünürəm ki, qısa müddətdə rəsmi qərar veriləcəkdir. Müxtəlif variantları müzakirə edirik, həm 2021 yazını, həm də payızını, amma hər şeyi biraz sonra açıqlayacağıq.

- Dediniz ki, sentyabra qədər bütün yarışlar onlayn olacaq....


- Bu məsələyə biraz aydınlıq gətirməliyəm. Bəzi milli turnirlər artıq oflayn keçirilir. Xüsusilə, İslandiya və Norveçdə turnirlər artıq keçirildi. Mən dediyim məsələ beynəlxalq yarışlara aiddir. Səyahət məhdudiyyətləri səbəbindən həmişəki turnirləri keçirə bilmirik. Düşünürəm ki, sentyabr-oktyabr aylarında beynəlxalq turnirləri keçirə biləcəyik.

- Bir neçə gün əvvəl, FİDE-nin iclası  da onlayn olaraq keçirildi. Hansı vacib məsələlər müzakirə edildi?


- Əsasən onlayn fəaliyyətləri müzakirə etdik, başa çatan turnirlərin nəticələrini yekunlaşdırdıq və təsdiqlədik. Məşqçilər və hakimlərin təlim sistemini də müzakirə etdik. Heç bir inqilabi qərar vermədik. 


- Moskvada FİDE-nin bir ofisinin açıla biləcəyi barədə də məlumatlar var. Elədirmi?

- Uzun bir hekayədir. Bir neçə il əvvəl Kirsan İlyumjinov (FİDE-nin keçmiş prezidenti) Rusiya hökümətindən Moskvada FİDE-nin ofisi üçün sahəsi istəmişdir. Bildiyiniz kimi baş ofisimiz Lozanadadır bu yaxınlarda isə Rusiya höküməti Moskva ofisini üçün sahə ayırdı. Burada kiçik təmir işlərinə ehtiyac var. Təmirdən sonra Moskva ofisimiz də fəaliyyət göstərəcək.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss