SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmamızın heyəti məlum oldu!

Xəbər verdiyimiz kimi dünyada hökm sürən COVİD-19 pandemiyası üzündən Dünya Şahmat Olimpiadası gələn ilə təxirə salındı. Əvəzində isə, bu il  FİDE onlayn şahmat olimpiadasını keçirəcək.

Chess.az xəbər verir ki, iyulun 22-dən avqustun 30-dək davam edəcək Onlayn Şahmat Olimpiadasında iştirak edəcək ölkələrin bəziləri artıq iştirak ərizələrini FİDE-yə təqdim ediblər. Onların arasında Azərbaycan yığması da var. 
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Olimpiadada ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli Xanım Balacayeva təmsil edəcəklər. Federasiya tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac SəfərliRəhim Qasımov olacaq.
Azərbaycan yığmasının 40 komandanın yer alacağı “Top-divizion”da mübarizə aparacaq.
Reqlamentə əsasən, qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətə ən azı iki qadın şahmatçı daxil edilməlidir. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır. Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş etməlidir. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Ardınca pley-off baş tutacaq. 
  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss