SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.Məmmədyarov :"Bizim tanışlığımız belə başladı"

Azərbacan şahmat tartixinin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, hazırda xəstyəxanada Koronavirusdan müalicə alan "Bakılı oğlanlar" KVN komandasının əfsanəvi üzvü Bəhram Bağırzadəyə dəstək oldu.
Məmmədyarovun sosial şəbəkələrdə paylaşımının olduğu kimi təqdim edirik.
"2013 cü il "RAPİD üzrə Dünya Birinciliyi" - və mən Dünya birincisi oldum! Növbəti gün isə vətənə dönmədən 'Memorial Tal' super turnirində oynamaq üçün Moskvaya getdim. Çox məyus idim , çünki 28illik həyatımın ən böyük uğurunu qazandığım turniri , heç sevinmədən növbəti gün digər bir turnirlə əvəz etməli idim. Özümə inam yüksək səviyyədə olsa belə , tez zaman kəsiyində vətən dönmək həsrəti və Chempionluq zəfəri məni yormuşdu .. Həm turnir başlar başlamaz püşkatmadan sonra qara fiqurlarla Nakamuraya qarşı oynamalı oldum. Artıq özümü tək hiss edirdim ,çünki içdən çempionluq sevincimi və istəmədiyim turnir haqda fikirlərimi bölüşə biləcəyim insanlar yanımda deyildi . Qısacası yarış yerinə getdim, lövhəmdə oturub oyunuma haqqında düşündüyüm an, anidən gördüm Azərbaycan Bayrağı və övladı ilə zala Bahram Arif Bagirzade daxil oldu :) sevincimin heddi hüdudu yox idi. Çünki o vaxt heç Bahram Arif Bagirzade müəllimlə şəxsən tanışlığım yox idi. Sadəcə təsadüfən bilib mən orda yarışda oynayacam və birbaşa gəldi mənə dəstək olmağa :) həmən gün çox uğurlu oldu və mən ilk oyundaca Nakamurani təxminən 25 gedişə qara fiqurlarla təslim olmağa məcbur etdim. Bizim tanışlığımız belə başladı :) hər zaman bu gözəl anı fikirləşirəm və çox sağ ol deyirəm ki , məni o an tək buraxmadı Bahram müellim. Bugünki gündə də, biz çox ümüd edirik ki,Siz tez sağalıb evinizə , sevdiklərinizin yanına qayıdasınız! Əziz və sevimli Bahram müəllim :) Sizi çox sevirik !"скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss