SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Şahmat Olimpiadası davam edir

FİDE-nin onlayn formatda təşkil etdiyi Dünya Şahmat Olimpiadası davam edir. 

Chess.az xəbər verir ki, 5-ci divizionun oyunları başa çatdıqdan sonra, artıq 4-cü Divizionda mübarizəyə start verilib. Beşinci divizonda Honkonq, Suriya, Mavriytaniya, Anqola  Nikaraqua yığmaları keçirilən 9 turdan sonra öz qruplarında liderlik edirlər. 

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan yığma komandası birbaşa "Top Divizondan" mübarizəyə qoşulacaq. Həmin divizonda mübarizə avqustun 19-da başlayacaq.
Xatırladaq ki, ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə, Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

DÜNYA ŞAHMAT OLİMPİADASI
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss