SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakıda ilk rəsmi idman turniri keçirildi

Uzun fasilədən sonra nəhayət ki, Bakıda canlı şahmat turniri keçirildi.

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə "Idea" Şahmat Klubunun" birgə təşkil etdiyi və "12 Avqust-Beynəlxalq Gənclər Gününə" həsr olunan şahmat yarışında ümumilikdə 61 şahmatçı güvvəsini sınadı. Doqquz turluq mübarizənin sonunda yarışın qalibi, bütün oyunlarını qələbə ilə başa vuraraq 100%-lik nəticə göstərən Əlizadə Paşam oldu. İkinci yeri 7.5 xalla Rüstəm Rüstəmov, üçüncü yerin sahibi isə 7 xalla Yusif Mustafazadə oldu. Yarışın nəticələrinə görə, qızlar arasında ən yaxşı nəticəni Ələkbərli İnci göstərib. Qızlar arasında ikinci Əliyeva Ayşə, üçüncü yerin sahibi isə Zeynəb Məmmədova olub. 
 Qeyd edək ki, Blitz turnir 17 yaşadək şahmatçılar arasında keçirilirdi və pandemiya üzündən yaranan uzun fasilədən sonra ölkəmizdə keçirilən ilk rəsmi idman yarışı oldu. Yarış zamanı iştirakçılar tibbi maskalardan istifadə ediblər. Bundan əlavə, yarışdan əvvəl və turnirin gedişatında iştirakçıların hərarəti ölçülürdü. Onu da qeyd edək ki, iki şahmatçı yüksük hərarət üzündən yarışa buraxılmayıb.   

NƏTİCƏLƏR
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss