SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Daniil Dubov:"Firuzca ruhi xəstədir! Zarafatsız"

Rusiyalı şahmatçı Daniil Dubov yerli mətbuata verdiyi müsahibəsində, İran əsilli şahmatçı Əlirza Firuzca barəsində maraqlı fikirlər səsləndirib.

Dubov müsahibəsində Firuzcanın istedadlı şahmatçı olduğunu qeyd etməklə yanaşı, gənc istedadın catışmayan cəhətlərinə də toxundu. Onun açıqlamasında ən diqqətçəkən məqam isə, rus şahmatçının Əlirza Firuzcanı ruhi xəstə adlandırılması oldu :"Firuzca hələ çox gəncdi. Onun cəmi 17 yaşı var. Amma indidən bəllidir ki, o qeyri adi istedada malik bir şahmatçıdır. Məncə onun yalnız bir çatışmayan cəhəti var. O da, onun dəliliyidir! Adam çox əsəbidir, o real olaraq ruhi xəstədir. Zarafatsız.

2019-cu ildə Moskvada keçirilən Blitz üzrə Dünya Çempionatında Karlsenlə oyunda onun vaxtı düşmüşdür. Hərəsində bir şah və rənqli fili olduğu halda, Əlirzada əlavə üç piyada olub. Qaydalarda deyilir ki, əgər belə vəziyyətdə geridə olan tərəf istənilən mat edə bilirsə, o zaman vaxtı bitən oyunçuya məğlubiyyət verilməlidir. Hakimlər Firuzcaya bunu bildirəndə, o ilk öncə hakimlərdən ona həmin qaydanı göstərməklərini xahiş etdi. Onu fikirincə belə bir şey ola bilməzdi. Chess.com-un qaydalarına görə də belə vəziyyətlərdə heç-heçə olur və o elə həmin qaydalara söykənərək mübahisə edirdi. Nəticədə o həmin qarşılaşmada məğlub elan olunanda, əlindəki su qabını yerə fırladıb, üstəlik də onu təpiklədi. Əgər Əlirza belə vəziyyətlərdə psixoloji gərginliyinə nəzarət etməyə öyrənsə o rahatlıqa şahmat tacı uğrunda Maqnus Karlsenin rəqibi ola biləcək. Qalan hər bir şey onda artıq var. Nəzrə alsaq ki, o artıq Fransada yaşayır"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss