SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Almaniya, Türkiyə, Argentina və digərləri "Top Divizionda"

FİDE-nin təşkil etdiyi Ilk Onlayn Dünya Şahmat Olimpiadası davam edir. 

Chess.az xəbər verir ki, artıq Olimpiada 2-ci divizonda mübarizə başa çatdı və irəlidə yalnız yarışın əsas mərhələsi qalıb. 2-ci divizionun nəticələrinə görə yığmamızın da mübarizə aparacağı "Top Divizondana" vəsiqə qazanan son 15 yığmanın adı məlum oldu. 

Bunlar öz qruplarında ilk üç yeri tutan:
"A" QRUPU: 1.Bolqarıstan, 2.Almaniya, 3.İndoneziya.
"B" QRUPU: 1.Yunanıstan, 2.Rumıniya, 3.Slovakiya.
"C" QRUPU: 1.İspaniya, 2.Nederland, 3.İtaliya.
"D" QRUPU: 1.Türkiyə, 2.Xorvatiya, 3.Norveç.
"E" QRUPU: 1.Macarıstan, 2.İngiltərə, 3.Argentina.


Xatırladaq ki, kişilərdən ibarət Azərbaycan yığma komandası birbaşa "Top Divizondan" mübarizəyə qoşulacaq. Həmin divizonda mübarizə avqustun 19-da başlayacaq. Milli komandamız olimpiadada bu heyətlə mübarizə aparacaq:  Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva. Ehtiyat oyunçular siyahısına isə, Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

DÜNYA ŞAHMAT OLİMPİADASI
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss