SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

100%-lik Rauf!

İlk Onlayn Dünya Şahmat Olimpiadasının "Top Divizionun" qrup mərhələsi başa çatdı.  

Chess.az xəbər verir ki, "B" qrupunu lider kimi bitirən və birbaşa 1/4 final mərhələsində iştirak etmək hüququnu qazanana yığma komandamızda ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. Məmmədov oynadığı 6 oyunda hamısında qələbə qazanaraq, 6 xalla yığmamızın qrup mərhələsində ən məhsuldar oyunçusu oldu. Raufdan sonra ikinci göstərici Günay Məmmədzadəyə aiddir. Günay keçirdiyi 7 oyundan 5 xal qazanaraq yığmamızın qrup lideri olmasında böyük pay sahibi oldu. 
Azərbaycan yığma komandasının oyunçularının fərdi nəticələri:   

1.Rauf Məmmədov  - 6 xal (6 oyun)
2.Günya Məmmədzadə - 5 xal (7 oyun)
3.Teymur Rəcəbov- 4 xal (5 oyun)
4.Xanım Balacayeva- 4 xal (6 oyun)
5.Şəhriyar Məmmədyarov -3.5 (5 oyun)
6.Gövhər Beydullayeva- 3 xal (3 oyun)
7.Gülnar Məmmədova - 3 xal (7 oyun)
8.Aydın Süleymanlı - 2.5 xal (4 oyun)
9.Ülviyyə Fətəliyevə - 2 xal (2 oyun)
10.Vüqar Əsədli - 2 xal (5 oyun)
11.Qədir Hüseynov - 1 xal (2 oyun)
12.Türkan Məmmədyarova- 1 xal (2 oyun)

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss