SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE-nin Olimpiadası" və Hindistanda kəsilən internet

Avqustun 30-da FİDE-nin təşkil etdiyi ilk Onlayn Dünya Şahmat Olimpiadası başa çatdı. Bu yarış pandemiya dövründə ən çox izlənilən idman yarışı oldu desək yanılmarıq. 

163 ölkənin yığma komandalarının qatıldığı Olimpiada çox gərgin və maraqlı mübarizə şəraitində keçdi. Azərbaycan yığması ilə yanaşı bir çox favorit komandalarını yarışa əsas heyyətlə qatılması, olimpiadanı daha da baxımlı etdi. Təəsüf ki, yığma komandamız ¼ final mərhələsində Polşaya məyusedici məğlubiyyətdən sonra mübarizəni dayandırmalı oldu. Bizi keçən polyaklar isə, yarımfinalda turniri çox yüksək səviyədə keçirən Hindistan yığmasına məğlub oldu. Digər yarımfinal qarşılaşmasını isə kiçik final adlandırmaq da olardı. Rusiya ilə ABŞ yığmaları üz-üzə gəlirdi. Çox gərgin mübarizənin sonunda bu cütün qalibi Rusiya oldu və finalda Hindistana rəqib oldu.

Bir sözlə, möhtəşəm idman yarışı öz axarı ilə gedirdi. Amma əfsuslar olsun ki, sonu gəlmədi. Final qarşılaşmanın gedişində Hindistan şahmatçıların internetlə bağlı problemləri yarandı. Nəticədə hind şahmatçıları bütün partiyalarda vaxta görə məğlub oldular. FİDE tərəfindən bunula bağlı verilən qərar isə məntiqsiz oldu. 

Beləliklə ali şahmat qurumu finalda qarşılaşan hər iki yığmanı Olimpiadanın qalibi elan etdi. Maraqlısı odur ki, turnir boyu, 5,4,2-ci divizonlarda bir neçə qarşılaşmada, ən son isə ¼ final mərhələsinə vəsiqə qazanmaq üçün keçirilən pley-off matçında belə hallar baş vermişdir və FİDE buna heç bir haqq qazandırmayaraq internetdə problemləri olan yığmaları məğlub elan etmişdir. Təəsüf ki, belə bir rəngarəng və maraqlı yarışın sonu internet üzündən şahmat bayramına çevrilə bilmədi. Azarkeşlər əsl final gözləyirdilər, nəticədə isə mübarizəsiz iki çempion gördülər. Görünür FİDE-nin son zamanlar verdiyi tələsik və bəzən məntiqsiz qərarlardan sadə şahmat həvəskarları hələ çox əziyət çəkəcəklər. 

Ən azından finalı yenidən oynamaq olardı...... 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss