SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Bundesliqanın gümüş, Naydiç isə qızıl medallarının sahibi oldular!

COVİD-19 pandemiyası üzündən yarımçıq dayandırılan şahmat üzrə Almaniya Bundesliqası bu gün başa çatdı.

Chess.az xəbər verir ki, uzun fasilədən sonra keçirilən Almaniya Bundesliqasının son dörd turun oyunlarının nəticəsində, Azərbaycan yığmasının üzvü Arkadiy Naydiçin çıxış etdiyi "Baden-Baden" kollektivi Bundesliqanın qalibi oldu. Çempionatı ikinci
 pillədə bitirən "Verinheym" komandasının heyyətində çıxış edən həmyerilimiz Şəhriyar Məmmədyarov isə, son dörd turu yaxşı səviyyədə keçirməklə Bundesliqanın gümüş medalının sahibi oldu. Bundan əlavə Məmmədyarov reytinq cədvəlində irəliləməyi də bacardı. Beləliklə, Məmmədyarov çempion adının qazanan "Baden-Baden" klubunu üzvü Fabiano Karuana və niderlandlı Ervi LAmi ilə heç-heçə, fransız Loran FrisenetABŞ-lı Qata Qamskiy üzərində qazandığı qələbələr sayəsdində reytinqini 6.2 punkt qaldırmaqla Dünya reytinq sıralamasında 7-ci pilləyə yüksəldi (2770.2). Xatırladaq ki, bu Şəhriyar Məmmədyarovun 6 aylıq fasilədən sonra ilk rəsmi canlı yarışı idi.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss