SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinqi açıqlandı. Şəhriyar Teymuru keçdi

Uzun zamandır COVİD-19 pandemiyası üzündən ciddi dəyişiliklər görməyən FİDE reytinq cədvəlində nəhayət ki, canlanma yaşandı.

Chess.az xəbər verir ki, elitada təmsil olunan bir çox şahmatçının qatıldığı Almaniya Bundesliqası, uzun fasilədən sonra ilk böyük canlı yarış oldu. Yarışın nəticələrinə uyğun olaraq reytinq cədvəlində müəyyən dəyişiliklər baş verdi. Beləliklə, turnirdə uğurla iştirak edən həmyerlimiz Şəhriyar Məmmədyarov FİDE reytinqinə 6 punkt əlavə etməklə, öz reytinqini 2770-ə qədər yüksəldib. Bu uğur Məmmədyarova reytinq sıralamasında irəliləməyə imkan verdi. Oktyabr ayı üçün açıqlanan cədvədə Şəhriyar dörd pillə irəliləyərək 7-ci pilləyə yüksəlib. Bu uğur Məmmədyarovu uzun fasilədən sonra Azərbaycanın bir nömrəsi də etdi. Xatırladaq ki, Şəhriyar Məmmədyarovdan xeyli az sayda oyun keçirməsinə baxmayaraq, uzun müddətdir ki, azərbaycanlı şahmatçıların cədvəlinə Teymur Rəcəbov liderlik edirdi. Bu il bir rəsmi oyun belə keçirməyən Rəcəbov hal-hazırda 2765 ELO xalı ilə 10-cu pillədə qərarlaşıb.  


TOP 10
1.Maqnus Karlsen (Norveç)  2863
2.Fabiano Karuana (ABŞ) 2828
3.Dinq Liren (Çin) 2791
4.Yan Nepomnyaşiy (Rusiya) 2784
5.Maksim Vaşye-Laqraf (Fransa) 2784
6.Aleksandr Qruşyuk (Rusiya) 2777
7.Şəhriyar Məmmədyarov (Azərbaycan) 2770
8.Veslo So (ABŞ)  2770
9.Levon Aronyan (Ermənistan) 2767
10.Teymur Rəcəbov (Azərbaycan) 2765
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss