SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarovların kəndi də azad olundu

Azərbaycan ordusu uzun illərdir Ermənistanın işğalı altında olan torpaqalarımızda uğurlu əks-hücum əməliyyatı davam etdirir.

Chess.az xəbər verir ki, dünən Zəngilan rayonu ərazisində işğaldan azad olunan kəndlərdən biri qrossmeysterlərimiz Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovların doğma Genlik kəndi imiş. İki gün öncə Zəngilan şəhərinin işğaldan azad olunmasına sevinən Məmmədyarovlar ailəsi, bu dəfə öz baba yurdunun azad olunmasın belə sevindilər:

Şəhriyar Məmmədyarov: "Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!
PS: Kim Genlik  kəndində  gənclik edib mənimlə şahmat oynamaq istəyirsə indidən yazsın.


Zeynəb Məmmədyarov: "Mənim valideynlərim, qardaşım, bacım çox sevinirlər bu xəbərə. Biz ailəvi olaraq orada qayıdacağımız günü səbirsizliklə gözləyirik.
Xalq birliyi, güclü ordu və qələbə əzmi bizi düşmən üzərində gələbəyə doğru aparır. Şahmatda buna Şah və Mat deyirər! Qələbə bizim olacaq! Qarabağ Azərbaycandır"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss