SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FIDE Grand Swiss"-in keçiriləcəyi tarixlər məlum oldu

Men adasının FİDE-yə ünvanladığı müraciət müsbət cavablandırılıb.

Beləliklə, növbəti "FIDE Grand Swiss" şahmat turniri 2021-ci ilin oktyabrın 25-dən noyabrın 8-dək baş tutacaq. Turnir həmişəki kimi Böyük Britaniyaya məxsus Men adasında keçiriləcək. Ümumilikdə 164 şahmatçının mübarizəyə qatılacağı yarışın mükafat fondu 550 000 ABŞ dolları təşkil edəcək. Qeyd edək ki, bu turnir şahmat tarixinə ən böyük mükafat fondu olan İsveçrə sistemli turnir kimi keçəcək. 
  İştirakçılara gəlincə, "Open" turnirdə 114 şahmatçı mübarizə aparacaq. Bunlardan 100-ü FİDE reytinqin sıralamasında ilk yüzlükdə olan şahmatçılar, doqquz şahmatçı FİDE-nin dəvəti ilə və beş yerli şahmatçı olacaqlar. Əsas yarışdan əlavə 40 şahmatçının iştirakı ilə qadınlarının "Grand Swiss" turniri də keçiriləcək. 
  Onu da qeyd edək ki, "Open" yarışında ilk iki yeri tutan şahmatçılar növbəti "İddiaçılar Turniri"-nə birbaşa vəsiqə qazanacaqlar. Qadınların turnirində isə bu vəsiqələrin sayı yalnız bir olacaq. 




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss