Son zamanlar münasibətləri daha da gərginləşən Rusiya ilə Ukrayna arasında dah bir qalmaqal yaşandı.
Bu dəfə qalmaqal siyasi arenada yox, şahmat aləmində yaşandı.
Chess.az xəbər verir ki, noyabrın 15-də Rusiya Şahmat Federasiyası Ukraynaya məxsus olan, lakin Rusiyanın nəzarətində olan Krım Muxtar Vilayətinin bir neçə şahmatçının bundan sonra Rusya bayrağı altında çıxış edəcəyini açıqlayıb. Sözügedən şahmatçılar Tatyana Vasileviç, Maksim Pavlov, Mixail Linker, Aleksey Alekseyev, Aleksandr Truskavetskiy, Nikolay Papenin, Aleksey Ços, Segey Yarıy, Sergey Pervakov, Andrey Sanin, Aleksandr Şeyakin və Vladimir Şemyakindir.
Maraqlısı odur ki, Rusiya tərəfi bu prossesi Ukraynanın heç bir razılığını almadan həyata keçirib.
Ukrayna Şahmat Federasiyası da məsələ ilə bağlı qısa açıqlama yayıb :”Krım MR-nı təmsil edən şahmatçıların transferi FİDE qaydalarına uyğun həyata keçirilib. UŞF belə bir trasferə icazə verməmişdir və transfer müqabilində heç bir təzminat almayıb.”