SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

22:30: 1/4 final: Vesli So-Teymur Rəcəbov (CANLI YAYIM)

Azərbaycanın ən güclü şahmatçılarından bir hesab olunan Teymur Rəcəbov, “Skillinq Open” onlayn şahmat superturnirinin 1/4 final mərhələsinə yüksəlib.


 Chess.az xəbər verir ki, dünən dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunan “Champions Chess Tour” seriyasının ilk turniri olan “Skillinq Open”-in qrup mərhələsinin oyunları başa çatdı. İlk beş turda inamsız təsir bağışlayan Rəcəbov, sonradan özünə gələrək adını 1/4 finala yazdıra bildi. 

 Dünən keçirilən oyunlarda Rəcəbov əvvəlcə rusiyalı rəqibi Sergey Karyakini məğlub edib. Sonra isə Teymur ardıcıl dörd heç-heçə edərək (Nakamura, Le Qunaq Liem, V.Santos və So) yekunda turniri 8 xalla 6-cı pillədə bitirib. Bu göstərici Teymura 1/4 final mərhəlisənə vəsiqə qazandırdı. Bu mərhələdə Rəcəbovun rəqibi ABŞ şahmatçısı Vesli So olacaq. 

Rəcəbov-So matçının ilk partiyası bu gün Bakı vaxtı ilə saat 22:30-da oynanılacaq. 

1/4 final:

1.Maqnus Karlsen (Norveç) - Aniş Giri (Niderland) 

2.Levon Aronyan (Ermənistan) - Yan Nepomnyaşiy (Rusiya)

3.Vesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)

4.Maksim Vaşye-Laqraf (Fransa) - Hikaru Nakamura (ABŞ)

CANLI YAYIM


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss