SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.Karpov: "Kasparovа şahmat oynamağı mən öyrətdim"

12-ci dünya çempionu rusiyalı Anatoliy Karpov, 1985-ci ildə bakılı Qari Kasparova məğlubiyyətinə növbəti dəfə münasibət bildirib.

Karpov 35 il əvvəlki məğlubiyyətinin əsas səbəbini özünə Moskvadan laqeyid münasibəti, Kasparova isə əksinə Azərbaycan və şəxsən Heydər Əliyevdən aldığı dəstəyin olduğunu düşünür.

"Mən ilk matçı qələbə ilə başa vura bilsəydim Kasparov heç vaxt dahi şahmatçı ila bilməyəcəkdi. Ona şahmat oynamağı mən öyrətdim. Qarşılaşma başlayanda Kasparov özünü dahi hesab edirdi və düşünürdü ki, onun oyunu mükəmməldir. Ancaq o dahi şahmartçı deyildi və yaxşı oynamağı da, yalnız məndən aldığı 48 pulsuz dərsdən (red.-ilk matçdakı 48 partiyanı nəzərdə tutur) sonra başladı. Əminəm ki, Kasparov o matçda məğlub olsaydı psixolji cəhətdən özünə gələ bilməyəcəkdi. Mən 6:0 və 6:1 hesabı ilə qələbə qazana bilərdim. Bu hesab onun sinir sisteminə gələcək karyerasını davam etdirtməyə imkan verməyəcəkdi".

«İlk növbədə Kasparovun köməyinə kompyüter çatdı. Bu o vaxtlar üçün böyük yenilik idi və o bu yeniliyə hamıdan tez yiyələnmişdir. İndi hamı kompyüterdən istifadə edir, ancaq o vaxt Kasparov bunu mükəmməl bacarırdı və bu onun böyük üstünlüyü oldu. Digər tərəfdən, Kasparov başqalarına nisbətən maliyyə və təşkilatçılıq baxımından daha böyük dəstək alırdı.  Mən üstünlüyüm isə, sadəcə Moskvada yaşamağım idi. Mənim yanımda hər problemimi qarşılayan Azərbaycan yox idi. Mənə SSSS-ri İdman nazirliyində də ögəy münasibət göstəriliridi. Bir sözlə Azərbaycan Kasparova SSSR-i İdman nazirliyinin mənə verdiyi dəstəkdən dəfələrlə böyük dəstək olurdu. Kasparov Heydər Əliyevin şəxsən diqqətində və himayəsində idi".

Xatırladaq ki, ki, 1975-ci ildə Anatoliy Karpovla oynamaqdan imtina edən amerikalı Bobbo Fişer Dünya Çempuionu titulunu rus şahmatçıya təhvil verdi. Karpov 9 il boyunca bu titulu özündə qoruyub saxlayırdı. 1984-cü ildə Bakıdan olan gənc Qari Kasparov Anatoliy Karpova rəqib oldu. Altı qələbəyə qədər olan ilk matç Karpovun 5:3 hesabı ilə öndə olduğu halda dayandırlmışdır. FİDE-nin o vaxtki rəhbərliyi matçı növbəti ilə keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. 1985-ci ildə ilə Ali şahmat qurumu hesabın sıfırlanması ilə bağlı da qərəar qəbul etdi. Karpov və komandası buna etiraz etsə də, sonradan matçı yenidən başlamağa razı olmaları ilə bağlı sənədə imzalarını atıblar. 24 partiyadan ibarət olan qarşılaşma Qari Kasparovun 13:11 hesablı qələbəsi ilə nəticələnmişdir. Karpov-Kasparov final matçı Dünya şahmat tarixində ən qalmaqallı final kimi yadda qalmışdır.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss