SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karabakh is Azerbaijan!" beynəlxalq dərəcəli onlayn turniri start götürür

Bu gün "Karabakh is Azerbaijan!" beynəlxalq onlayn şahmat turniri start götürəcək.

Chess.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil NazirliyiAzərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan turnirdə 31 ölkədən 150-dən çox 17 yaşadək şahmatçı iştirak edəcək.

Yarış 2 mərhələdən ibarət olacaq.  Seçmə və final mərhələləri. Seçmə mərhələdə Azərbaycanın məktəbli şahmatçılarından 50, digər ölkələrin isə hər birindən 10 şahmatçı iştirak edəcək. Bu mərhələdə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Qeyd edək ki, ELO reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.
Turnirin ümumi mükafat fondu 2.000$ təşkil edir.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasıdır. Turnirin gedişatı internet üzərindən canlı yayımlanacaq.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss