Naxçıvan Şahmat Federasiyası və Fransanın "C’Chartres Échecs" şahmat klubu birgə təşkilatçılığı ilə Azərbaycan-Fransa onlayn yoldaşlıq matçı keçiriləcək.
Chess.az xəbər verir ki, söhbət Fransada yaşayan qrossmeysterimiz Namiq Quliyevin rəhbəri olduğu "C’Chartres Échecs" şahmat klubu ilə Naxçıvan Şahmat Federasiyasının Culfa rayonu uşaq-gənclər şahmat məktəbinin 16 yaşadək şahmatçıları arasında baş tutacaq yoldaşlıq oyunundan gedir. Dekabrın 19-da Bakı vaxtı ilə saat 17:30-da başlayacaq Azərbaycan-Fransa qarşılaşması Lichess.org şahmat platforması üzərindən baş tutacaq. Culfalı şahmatçılar oyuna Naxçıvan Şahmat Federasiyasından qoşulacaqlar. Qarşılaşma Namiq Quliyevin "gmi_ng_chess" Twitch kanalinda canlı yayımlanacaq.