SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov 1/4 finalda

Bu gün qrossmeysterimiz Teymur Rəcəbovun da iştirak etdiyi “Airthings Masters” onlayn şahmat turnirinin qrup mərhələsinin oyunları başa çatdı.

Chess.az xəbər verir ki, Teymur Rəcəbov dünən olduğu kimi, bu gün də bütün oyunlarını bərabərliklə başa vuraraq, yekun nəticədə 6 xalla qrup mərhələsini 5-ci pillədə bitirdi. Bu nəticə həmyerlimizə yarışın 1/4 final mərhələsinə vəsiqə qazandırdı. Teymur Rəcəbovun Pley-ofdaki rəqibi də artıq məlumdur. Sabah keçiriləcək 1/4 final mərhələsinin ilk oyununda Rəcəbov rusiyalı Yan Nepomnyaşiylə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

1/4 final mərhələsi 
Maqnus Karlsen (Norveç)-Daniil Dubov (Rusiya)
Maksim Vaşye-Laqraf (Fransa)-Vesli So (ABŞ)
Hikaru Nakamura (ABŞ)-Levon Aronyan (Ermənistan)
Yan Nepomnyaşiy (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss