SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Airthings Masters”: Maqnus turniri tərk etdi. Teymur Rəcəbov yarımfinalda

Bu gün qrossmeysterimiz Teymur Rəcəbovun da iştirak etdiyi “Airthings Masters” onlayn şahmat turnirinin 1/4 final mərhələsi başa çatdı.

 Chess.az xəbər verir ki, Teymur Rəcəbov 1/4 final mərhələsindəki rəqibi olan rusiyalı Yan Nepomnyaşiy ilə əvvəlcə rapid mərhələsini bərabər başa vurdu 2:2. Daha sonra Blitz mərhələsini bərabərliklə başa vuran tərəflər qarşılaşmanı Armaqedona daşıdı. Armaqedonda bəxt həmyerlimin üzünə gülərək Rəcəbovu yarımfinala daşıdı. Qeyd edək ki, eyni uğura amerikalı şahmatçı Vesli Sounu üstələyən fransız Maksim Vaşye-Laqraf da imza atdı.   

 Mərhələnin ən gözlənilməz nəticəsi isə, sössüz ki, Daniil Dubovla dünya çempionu Maqnus Karlsenin qarşılaşmasında qeydə alındı. Gənc rusiyalı şahmatçı Maqnusa demək olar ki, heç bir şans verməyərək onu 2.5:0.5 hesabı ilə məğlub edib. Teymur Rəcəbovun yarımfinaldaki rəqibi də, məhz rusiyalı Daniil Dubov olacaq. 1/2 finala vəsiqə qazanan dördüncü şahmatçı isə erməni Levon Aronyan oldu. 

1/2final mərhələsi 
Daniil Dubov (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan)
Levon Aronyan (Ermənistan)-Maksim Vaşye-Laqraf (Fransa)
1/4 final mərhələsi 
Maqnus Karlsen (Norveç)-Daniil Dubov (Rusiya) 0.5:2.5
Maksim Vaşye-Laqraf (Fransa)-Vesli So (ABŞ) 3.5:3.5
Hikaru Nakamura (ABŞ)-Levon Aronyan (Ermənistan) 0:2
Yan Nepomnyaşiy (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan) 3.5:3.5скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss