SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Tata Steel"-də daha iki ayrılıq

Bir müddət öncə qrossmeysterimiz Şəhriyar Məmmədyarovun 2021-ci ilin 15-31 yanvar tarixlərində Niderlandda keçiriləcək ənənəvi Veyk-an Ze Şahmat Festivalında iştirak etməkdən imtina etməsini xəbərini vermişdik.
 
Chess.az  xəbər verir ki, 83-cü dəfə keçiriləcək turnir iştirakçılarının yekun siyahısında yer alan Məmmədyarov, sonrada COVİD-19 pandemiyası üzündən turnirə yollanmamağa qərara almışdır. Təşkilatçılar artıq onun əvəzinə hindistanlı Pentala Harikrişnanı turnirə dəvət etmişdir. Bu gün isə, daha iki şahmatçı turnirdə iştirak etməkdən imtina edib.  Bunlar rusiyalı Yan Nepomnyaşiy və gənc özbək Nodirbek Əbusəttarovdur. Bu iki şahmatçının da istəyini anlayışla qarşılayan təşkilatçılar, artıq onları da əvəz edəcək şahmatçıların adını açıqlayıb. Bunlar polyak Radoslav Voytaşek İsveç təmsilçisi Nils Qrandeliusdur.

 Qeyd edək ki, turnirdə ümumilikdə 14 şahmatçı iştirak edəcək. Yarış dairəvi sistem üzrə keçiriləcək və 13 turdan ibarət olacaq.  Turnirə sonradan qoşulan Pentala Harikrişna, Radoslav Voytaşek  Nils Qrandeliusdan başqa, yarışda norveçli Maqnus Karlsen və Aryan TariABŞ təmsilçisi Fabiano Karuana, rusiyalılar Daniil Dubov, və Andrey Yesipenko, fransız Maksim Vaşye-Laqraf, meydan sahibləri Aniş Giri və Yorden Van Forrest, FİDE bayrağı altında çıxış edən Əlirza Firuzca, polyak Yan-Kşıştof Duda, ispan David Anton Quiyaro çıxış edəcəklər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss