SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov, fransız, rus və erməni. Finala kimlər çıxacaq?

2020-ci ilin son günündə qrossmeysterimiz Teymur Rəcəbovun da iştirak etdiyi “Airthings Masters” onlayn şahmat turnirinin 1/2 final mərhələsinin ilk oyunları keçirildi.

 Sevindirici haldır ki, Teymur Rəcəbov ilin son qarşılaşmasında rusiyalı rəqibi Daniil Dubov  üzərində 3:1 hesabı ilə inamlı qələbə qazandı. Bu qələbə Rəcəbovu turnirin finalına biraz da yaxınlaşdırır. Bunun üçün Teymura bu gün keçiriləcək ikinci matçda sadəcə məğlub olmamaq kifayətdir. 
Xatırladaq ki, Teymurun yarımfinaldakı rəqibi 1/4 final mərhələsində dünya çempionu Maqnus Karlseni mübarizədən kənarlaşdırmışdır. Digər yarımfinal qarşılaşmasında isə, erməni şahmatçı Levon Aronyan eyni hesabla fransız Maksim Vaşye-Laqrafı məğlub edib. Hər şey bu gedişlə davam edəcəksə azarkeşləri yanvarın 3-də maraqlı Rəcəbov-Aronyan finalı gözləyə bilər. Bu gün keçiriləcək yarımfinalın ikinci oyunlarından sonra finalçıların adı məlum olacaq.

1/2final mərhələsi  (ikinci oyun)
Teymur Rəcəbov (Azərbaycan) - Daniil Dubov (Rusiya)
Maksim Vaşye-Laqraf (Fransa) - Levon Aronyan (Ermənistan)


1/2final mərhələsi  (ilk oyun)
Daniil Dubov (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan)  1:3
Levon Aronyan (Ermənistan)-Maksim Vaşye-Laqraf (Fransa) 3:1


1/4 final mərhələsi 
Maqnus Karlsen (Norveç)-Daniil Dubov (Rusiya) 0.5:2.5
Maksim Vaşye-Laqraf (Fransa)-Vesli So (ABŞ) 3.5:3.5
Hikaru Nakamura (ABŞ)-Levon Aronyan (Ermənistan) 0:2
Yan Nepomnyaşiy (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan) 3.5:3.5скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss