SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Final: Rəcəbov Aronyanı məğlub edir! (CANLI. YENİLƏNİR)

Bu gün “Airthings Masters” onlayn şahmat turnirinin final qarşılaşmasının ilk matçı keçirildi. 

 Sevindirici haldır ki, bütün dünya şahmat ictimaiətinin böyük maraqla izlədiyi Rəcəbov-Aronyan finalının birinci matçı həmyerlimizin qələbəsi ilə nəticələndi. Bu gün oynanılan dörd (Rapid-15 dəq+10 san) partiyanın üçü bərabərliklə nəticələnmişdir. Günün son partiyasında isə, qara fiqurlarla oynayan Rəcəbov erməni rəqibinin müdafiəsini darmadağın edə bildi. Beləliklə, erməni Aronyan üzərində qazanılan parlaq qələbə Teymuru olduqca prinsipial olan finalın ilk matçının qalibi etdi. 
 2.5:1.5 hesabı ilə qalib gələn Rəcəbova yarışın ümumi qalibi olması üçün,sabah keçiriləcək ikinci matçda heç-heçə də kifayət edəcək. Bundan əlavə bu gün qazanılan qələbə Teymura sabahki həlledici matçdan öncə əlavə psixoloji üstünlük də qazandırdı. Qeyd edək ki, yarışın qalibi "Champion Chess Tour" seriyasının ümumi hesabı üçün vacib olan xallar qazanmaqla yanaşı, turnirin əsas mükafatı olan 60 000 ABŞ dollar məbləğində mükafatın sahibi olacaq.
  2020-ci ilin sentyabrın 27-də başlayan və Azərbaycan Ordusunu Şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra, Rəcəbov-Aronyan adlı final artıq adi bir şahmat matçı olmadığı heç kimə sirr deyil. Hələ ilk matçdan öncə bir çox şahmat mütəxəssisin bu qarşılaşmaya siyasi don geyindirməsi və bu amilin hər iki şahmatçıya ciddi psixolojı təsir göstərəcəyini qeyd edirdi. Bu kimi amillər finalın olduqca maraqlı keçəcəyindən xəbər verirdi. Belə də oldu. Əvvəla hər iki şahmatçı əla formadadır. Onlar bunu turnir boyu göstərdikləri inamlı çıxışları ilə sübüt etdilər. İkincisi isə, sössüz ki, şahmatçıların AzərbaycanErmənistanı təmsil etmələridi. Məhz bu amil, istər AzərbaycanErmənistanda, istərsə də başqa ölkələrdə şahmatla maraqlanmayanların belə bu finalı yaxından izləyəcəyini söyləmək üçün əsas verirdi.   
  Qeyd edək ki, ordumuzun zəfəri ilə başa çatmış müharibədən sonra, bu qarşılaşma Azərbaycan Ermənistan idmançıları arasında üçüncü qarşıdurma olacaq. Maraqlısı odur ki, indiyə qədər baş tutan hər iki qarşıdurma da məhz Rəcəbovla Aronyan arasında olmuşdur. Noyabrın 23-də "Skilling Open" onlayn turnirdə həmyerlimizi erməni rəqibini məğlub etmişdir. Digər qarşılaşma isə dekabrın 30-da, məhz bu turnirin qrup mərhələsi çərçivəsində baş tutmuşdu. Həmin qarşılaşmada qalib müəynləşməmişdir. 

 Sabah, yanvarın 3-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq final qarşılaşmasının ikinci matçı da olduqca maraqlı və həyacanlı olacaq.
 Chess.az saytı olaraq, biz özümüz və bütün Azərbaycan xalqının adından Teymur Rəcəbova uğurlar arzu edirik. 
Qələbə sənin olsun Teymur! 

3 YANVAR. 18:00: CANLI YAYIM (2-ci matç) 

FİNAL

Teymur Rəcəbov (Azərbaycan)-Levon Aronyan (Ermənistan) 2:5:1:5 (-:-)

1/2final mərhələsi  (ikinci oyun)
Teymur Rəcəbov (Azərbaycan) - Daniil Dubov (Rusiya) 2:0
Maksim Vaşye-Laqraf (Fransa) Levon Aronyan (Ermənistan) 1:2


1/2final mərhələsi  (ilk oyun)
Daniil Dubov (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan)  1:3
Levon Aronyan (Ermənistan)-Maksim Vaşye-Laqraf (Fransa) 3:1


1/4 final mərhələsi 
Maqnus Karlsen (Norveç)-Daniil Dubov (Rusiya) 0.5:2.5
Maksim Vaşye-Laqraf (Fransa)-Vesli So (ABŞ) 3.5:3.5
Hikaru Nakamura (ABŞ)-Levon Aronyan (Ermənistan) 0:2
Yan Nepomnyaşiy (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan) 3.5:3.5скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss