SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov Aronyanın başını əzərək çempion oldu!

Bu gün "Champion Chess Tour" seriyasının ikinci yarışı olan  “Airthings Masters” onlayn şahmat turniri başa çatdı. 

 Bütün Azərbaycanın böyük maraqla izlədiyi final qarşılaşmasında, həmyerlimiz Teymur Rəcəbov erməni rəqibi olan Levon Aronyanın başını əzərək yarışın ümumi qalibi oldu. Dünən qazanılan 2.5:1.5 hesablı qələbə Rəcəbova bu gün keçiriləcək həlledici qarşılaşma öncəsi böyük üstünlük qazandırmışdır. Teymur da, öz növbəsində qazandığı bu psixolojı və hesabda olan üstünlyünü ümumi qələbəyə çevirməyi bacardı. Turnirin son günündə keçirilən üç partiyanın ikisi bərabərliklə nəticələnmişdir. Həlledici partiya isə, 2-ci partiya olmuşdur. Erməni şahmatçının bütün səylərinə baxmayaraq Rəcəbov Aronyanın müqavimətini qıraraq onu təslim olmağa məcbur etdi. Bundan sonra Rəcəbova yalnız son partiyada məğlub olmamaq qalırdı, onu da o böyük ustalıqla bacardı. Matçdan sonra qələbəyə sevinən Rəcəbov sevinc göz yaşlarını saxlaya bilməmişdir. Finalı 2:0 (2.5:1.5; 2:1) hesabı ilə qazanan Rəcəbov  “Airthings Masters” Onlayn şahmat turnirinin qalibi oldu. Turnirdəki qələbə Teymura yarışın əsas mükafatı olan 60 000 ABŞ dollar məbləğində pul da qazandırdı. Ona məğlub olan Aronyan isə, 40 000 dolların sahibi oldu. Bundan əlavə Teymur Rəcəbov sentyabr ayında keçiriləcək "Champion Chess Tour"-un Böyük finalına indidən vəsiqəni təmin etmiş oldu.
 
 Chess.az saytı olaraq, öz və bütün Azərbaycan xalqı adından Teymur Rəcəbovu bu qələbə münasibətilə ürəkdən təbrik edirik! 

Əhsən Teymur! 


FİNAL
Teymur Rəcəbov (Azərbaycan)-Levon Aronyan (Ermənistan)  2:0 (2:5:1:5;2:1)

1/2final mərhələsi  (ikinci oyun)
Teymur Rəcəbov (Azərbaycan) - Daniil Dubov (Rusiya) 2:0
Maksim Vaşye-Laqraf (Fransa) Levon Aronyan (Ermənistan) 1:2


1/2final mərhələsi  (ilk oyun)
Daniil Dubov (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan)  1:3
Levon Aronyan (Ermənistan)-Maksim Vaşye-Laqraf (Fransa) 3:1


1/4 final mərhələsi 
Maqnus Karlsen (Norveç)-Daniil Dubov (Rusiya) 0.5:2.5
Maksim Vaşye-Laqraf (Fransa)-Vesli So (ABŞ) 3.5:3.5
Hikaru Nakamura (ABŞ)-Levon Aronyan (Ermənistan) 0:2
Yan Nepomnyaşiy (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan) 3.5:3.5скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss