SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Naydiç artıq "azərbaycanlı" deyil

Azərbaycan Şahmat Federasiyası şahmat üzrə Milli komandamızın üzvü qrossmeyster Arkadi Naydiç ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Chess.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətində beş il çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Arkadi Naydiç 2015-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edib. O, 2017-ci ildə millimizin heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss