SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karabakh is Azerbaijan" şahmat seriyası start götürür

Chess.az saytı Yeni ilə, yeni layihə ilə başlayır!

 Saytımızın ötən il başladığı "EVDƏ QAL ŞAHMAT OYNA" layihəsini, yenilənmiş formatda davam etdirməyə qərarına gəldik.
Bildiyiniz kimi,2020-ci ilAzərbaycanın tarixində Qələbə ili kimi yadda qaldı. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin sonunda, Azərbaycan ordusu vətənimizin işğal altında olan torpaqlarını azad edərək döyüş meydanıda parlaq qələbə qazandı. Biz də öz növbəmizdə ordumuzun və dövlətimizin Zəfər yürüşünü bir daha yad etmək üçün, "Karabakh is Azerbaijan" Beynəlxalq onlayn turnirlər seriyasının təşkil etmək qərarına gəldik. 

Seriya 8 turnir və Böyük finaldan ibarət olacaq.Hər turnir işğaldan azad olunan şəhərimizin adını daşıyacaq. 

8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar Böyük finala düşmək üçün xallar qazanacaqlar. 

Müvafiq olaraq:

1-ci yer- 10 xal

2-ci yer-   8 xal

3-cü yer - 6 xal

4-cü yer - 3 xal

5-ci yer -  2 xal 

6-cı yer -  1 xal

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.


Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da başlayacaq və 90 dəqiqə davam edəcək. 

Turnirlər Lichess.org platforması üzərindən oynanılacaq. 

Vaxt kontrolu 3 dəqiqə + hər gedişə 2 saniyə olacaq. 

1.Seriyada iştirak etmək üçün Lichess.org saytına və ya mobil tətbiqinə daxil olun və orada qeydiyyatdan keçin.
2.Daha sonra adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.

Seriyanın ilk turniri yanvarın 17-də keçiriləcək və "Jabrail Cup" adlanacaq.

(yarışın linki :https://lichess.org/tournament/CV3MAEGt)

1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir 21 fevral    2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"

8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"


Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)

"Karabakh is Azerbaijan Grand Final"

----------------------------------------------------------------------------------------------

"Jabrail Cup"-a  (yarışın şifrəsi meil və ya mobil telefonunuza göndəriləcək).





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss