SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vüqar Həşimovsuz 7 il

Bu gün Azərbaycanın və dünyanın ən güclü şahmatçılarından biri olmuş Vüqar Həşimovun anım günüdür. 
  Artıq 7 ildir ki, Vüqar aramızda yoxdur. Beyin xərçəngindən müalicə alan Vüqar Həşimov, 2014-cü ilin məhz yanvarın 11-də  Almaniyanın Heydelberq şəhərində  vəfat edib. 
 Şahmat tariximizin erkən sönən ulduzu 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Şahmata erkən yaşlarından maraq göstərən Vüqar, uşaqlıqda "Şahmat klubu" verilişindəki çıxışları ilə tanınıb. 2002-ci ildə Vüqar qrossmeyster adına yiyələnib. Qrossmeyster olana qədər isə, Vüqar Həşimov artıq 3 dəfə Azərbaycan çempionu adını qazanmışdır. Mərhum qrossmeyster müxtəlif yaş kateqoriyalarında Dünya və Avropa Çempionatlarının 21 müxtəlif ayarlı medallarını qazanıb. 50-dən artıq Beynəlxalq turnirin qalibi olmuşd.  

 Vüqar Həşimov 2009-cu ildə Serbiyada keçirilən komanda Avropa Çempionatında Azərbaycan yığmasının tərkibində həlledici görüşdə qələbə qazanaraq, şahmat tariximizdə ilk Avropa qızılının qazanmasında böyük rolu olmuşdur. O, həyatının son anına qədər ölkənin və dünyanın ən güclü şahmatçılarından biri hesab olunurdu. İndi də o yaddaşlarda məhz dünya şahmatının ulduzu kimi qalıb. Vüqarın vaxtsız ölümü dünya şahmat aləmini sarsıtmışdı. Təsadüfi deyil ki, hər il Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialına onun xatirəsini yad etmək üçün dünyanın ən güclü şahmatçıları toplaşır. 
Allah rəhmət eləsin...
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss